Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nazir Yavər Camalov vəfat etdi

 Müdafiə sənayesi naziri Yavər Camalovun qəflətən dünyasını dəyişdiyi bildirilir.
Yenixeber.org: Məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib. 68 yaşlı nazirin vəfatına konkret nəyin səbəb olduğu barədə məlumat yoxdur.
Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.
1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
1972 - ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 - ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 - cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 - cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib.
Evlidir,3 oglu var
Allah rəhmət eləsin!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam