Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

TÜRK PA Türkiyədə keçiriləcək seçkiləri müşahidə edəcək



Yenixeber.org: Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) beynəlxalq müşahidəçilər missiyası Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərini izləyəcək.

TÜRK PA-dan verilən məlumata görə, missiyanın tərkibinə Qazaxıstan, Qırğızıstan və Azərbaycan parlamentlərinin üzvləri daxildir.

Müşahidəçilər səsverməni yerində izləmək üçün Ankarada bir neçə müşahidə məntəqələrini ziyarət edəcək.

İyunun 22-də müşahidəçilər missiyasının Respublika Xalq Partiyasının (CHP) sədr müavini Tekin Bingöl, Yüksək Seçki Şurasının sədri Sadi Güven, Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədr müavini Mevlüt Karakaya, Ədalət və İnkişaf Partiyasının sədr müavini (AKP) Naci Bostancı ilə görüşləri nəzərdə tutulur.

İyunun 25-də isə TÜRK PA missiya üzvləri seçkilərin yekununa dair mətbuat konfransı keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam