Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan səfirinin oğlu Belarusda həbs edildi–Emil Osmanov qanunsuz pul yumada şübhəli bilinir


Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları azərbaycanlı diplomatın oğlunu həbs ediblər. Bu barədə fontanka.ru portalı məlumat yayıb.

Yenixeber.org: Mənbəyə əsasən, iyunun 22-də Osmanov Vyanadan Minskə gəlib və burada onu “Toyota Camry” avtomobilində şəxsi sürücüsü gözləyib. İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.

İstintaqda olan məlumata görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.

Rusiya Cinayət Məcəlləsinin 172-ci (“Qanunsuz bank fəaliyyəti”) maddəsi üzrə cinayət işi Peterburqun Tsentralnı rayonunun polis idarəsi tərəfindən 2018-ci ilin may ayında başlanıb.

Emil Osmanov Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğludur. Virtualaz.org-a müsahibəsində Q.Osmanov oğlunun tutulması barədə xəbəri təsdiq edib: “Bu mənim ilk nikahımdan olan oğlumdur. Hələlik işin təfərrüatları ilə tanış deyiləm. Çox təəssüflənirəm”.

(virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam