Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Xəzərin dibi ilə boru kəmərləri çəkiləcək –Rusiya təsdiqlədi

Xəzərin dibi ilə boru kəmərləri çəkiləcək – Rusiya təsdiqlədi
Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsini təsdiq edib. 
Yenixeber.org: “Ria Novosti” xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Bildirilir ki, Rusiya baş naziri Dmitri Medvedev bununla bağlı müvafiq fərman imzalayıb. “Rusiya Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən, icra hakimiyyətinin müvafiq federal orqanları ilə razılaşdırılan və əvvəlcədən Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan tərəflərilə işlənib hazırlanan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsi təsdiq edilsin. Rusiya prezidentinə bu Konvensiyanın imzalanması barədə təklif verilsin.” - deyə fərmanda qeyd olunub.

Rusiya hökumətinin saytında dərc olunan sənəddə həmçinin bildirilir ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsi üzv ölkələrə dənizin dibi ilə boru kəmərləri çəkmək imkanı da verir. Konvensiyanın 14-cü maddəsində qeyd olunub ki, “tərəflər Xəzərdənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilərlər.” Lakin bu zaman beynəlxalq müqavilələrdə əks olunan ekoloji tələb və standartlara riayət olunmalıdır. Həmçinin, sualtı kabel və boru kəmərləri çəkən ölkə onların koordinatları barədə digər tərəfləri məlumatlandırmalıdır.

Qeyd edək ki, Xəzəryanı ölkələrin növbəti sammiti ilin ikinci yarısında Qazaxıstanda keçiriləcək. Həmin görüşdə Xəzər dənizinin hüquqi statusuna dair yekun Konvensiya layihəsinin dövlət başçıları səviyyəsində təsdiqlənəcəyi proqnozlaşdırılır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam