Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Azərbaycan ABŞ-ın mühüm müttəfiqidir" -Konqresmen

"Azərbaycan ABŞ-ın mühüm müttəfiqidir" - Konqresmen
Yenixeber.org: ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatını təmsil edən, Konqresin Qaydalar Komitəsinin sədri və Azərbaycan üzrə İşçi Qrupun üzvü nüfuzlu respublikaçı Pit Seşnz Azərbaycanın milli bayramı – 28 May Respublika gününün 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, bəyanatda 28 mayda bünövrəsi qoyulmuş Azərbaycan Xaql Cümhuriyyətinin müsəlman aləmində ilk dünyəvi parlamentli respublika olduğu vurğulanıb.

Sovet İttifaqının çökməsinin ardınca ABŞ-ın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyaraq diplomatik münasibətlər qurduğu qeyd olunub. Həmçinin müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində Azərbaycanın ABŞ-ın etibarlı dostuna çevrildiyi bildirilib. 2001-ci il 11 sentyabr hücumlarından sonra Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiqi olduğu, Əfqanıstan, Balkanlar və İraqdakı əməliyyatlarda ABŞ-la birgə iştirak etdiyi vurğulanıb.

Bəyanatda eyni zamanda, İsraillə güclü iqtisadi, hərbi və strateji əlaqələrə malik Azərbaycanın onun regionda ən yaxşı müttəfiqlərindən biri olduğu qeyd olunub. Bundan əlavə, Azərbaycanın enerji marşrutlarının müxtəlifləşdirilməsində mühüm rol oynadığı vurğulanıb.

Sonda Konqres üzvü bir daha Azərbaycanı bayram münasibətilə təbrik edərək ABŞ və Azərbaycan arasındakı güclü əlaqələrin uzun illər davam edəcəyinə ümidini ifadə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam