Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

PAMBIQ TARLASINDA 80 NƏFƏR ZƏHƏRLƏNDİ –İnam Kərimov rayona yola düşüb (YENİLƏNİR)

 İmişlidə zəhərlənənlərin sayı 52 nəfərdir, nazir İnam Kərimov da yerində araşdırma aparır.  İmişli rayonunda pambıq tarlasında zəhərlənənlərin sayı rəsmi olaraq 52 nəfərdir.
Yenixeber.org: Yerli xəstəxanaya bu sayda adam müraciət edib. Onlardan 20 nəfəri müayinələrdən sonra ambulator müalicəyə göndərilib, qalanlarının müayinələri davam edir.
Bundan əvvəl zəhərlənənlərin sayının 80-dən çox olduğu haqda xəbərlər yayılmışdı.
Fəhlələrin kütləvi zəhərlənməsinə görə kənd təsərüfatı naziri İnam Kərimov təcili olaraq bu rayona yola düşüb. Bu haqda Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Habelə baş proukurorun müavini Rüstəm Usubov və Dövlət Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli də İmişliyə yola düşüblər.
Xatırladaq ki, pambıq tarlasında zəhərin təsirinə məruz qalanların sayı yüzə yaxındır, onlar yerli xəstəxanaya yerləşdiriliblər. Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Bu, son günlər Azərbaycanda pambıq sahəsində baş vermiş üçüncü kütləvi zəhərlənmədir.
***
İmişli rayonunda pambıq tarlalarında zəhərlənənlərin bir qismi rayon xəstəxanasının terapiya, digər qismi də infeksion şöbəsinə yerləşdirilib. “Report”un Aran bürosu xəbər verir ki, ilkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.
* * *
İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.“Report”un Aran bürosu xəbər verir ki, rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: “Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.
Bundan əvvəl Saatlı rayonunda onlarla qadın pambıq tarlasında işləyərkən alaq otlarına qarşı tətbiq edilmiş zəhərli kimyəvi pereparatın təsirinə məruz qalıb. Onların bir qismi hələ də xəstəxanadadır. Faktla bağlı cinayət işi qaldırılıb, prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürüb. Daha sonra Tərtər rayonuda pambıqçılıların kütləvi zəhərlənməsi baş verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam