Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

İsrailin sabiq naziri İran lehinə casusluğa görə həbs olunub

 

İsrail Knessetinin sabiq deputatı, keçmiş energetika və infrastruktur naziri Qonen Seqev İran kəşfiyyatı üçün casusluq şübhəsilə həbs olunub


Yenixeber.org: Bu barədə İsrailin Daxili Təhlükəsizlik Agentliyinin (Şin-Bet) məlumatında deyilir.
Qeyd edək ki, iyunun 15-də Qüds Rayon Prokurorluğunda müharibə dövründə düşmənə yardım göstərmək, İsrailə qarşı casusluq və kəşfiyyat məlumatlarının düşmənə ötürülməsi yolu ilə cinayət törətməkdə şübhəli bilinən keçmiş nazirə qarşı iddia qaldırılıb.
Şin-Bet və polisin araşdırmaları nəticəsində Q.Seqevin 2012-ci ildə Nigeriyaya səfəri zamanı İranın səfirliyində xüsusi xidmət orqanları tərəfindən "işə götürüldüyü" aşkar edilib. O, həmçinin iranlı vasitəçilərə şifrələnmiş məlumatların ötürülməsində, onlarla dünyanın müxtəlif ölkələrindəki otellərdə və mənzillərdə görüşməkdə ittiham olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam