Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ermənistan ordusunda korrupsiya işi -Seyran Ohaynyan dindirildi

Ermənistan ordusunda korrupsiya işi - Seyran Ohaynyan dindirildi
Ermənistan silahlı qüvvələrinin təchiz olunması və ordunun hərbi-texniki ehtiyacını ödəmək adı ilə Müdafiə Nazirliyinin bir sıra keçmiş vəzifəli şəxslərinin irimiqyaslı korrupsiya əməlinə qarşı istintaq davam edir. 
Yenixeber.org: Bu barədə Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin (DGK) mətbuat xidməti məlumat verib.
DGK-nin istintaq idarəsi 2014-2017-ci illərdə ordu quruculuğu sahəsində bir sıra qanun pozuntuları aşkarlayıb. Nəticədə orduda kapitalın idarə olunması və qoşunların mənzil təminatı idarəsinin texniki istehsalat bölməsinin keçmiş rəisi Qriqor Barseqyana qarşı vəzifəsindən sui-istifadə, irimiqyaslı fırıldaqçılıq, böyük məbləğdə rüşvət alma, saxta sənədlər hazırlanmasilə bağlı ittiham irəli sürülüb.

Həmin idarənin rəhbəri Aşot Qriqoryan isə xüsusilə böyük məbləğdə fırıldaqçılığa cəhd, xidməti səlahiyyətlərindən sui-istifadə etmə və saxta sənədlər hazırlamaqda ittiham olunub. Həmçinin, Qriqoryanın xidməti vəzifəsinə müvəqqəti xitam verilməsinə dair qərar qəbul olunub.

İstintaq çərçivəsində Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin iş otaqlarında əməliyyat-axtarış tədbirləri həyata keçirilib, onlarla məmurun ifadəsi alınıb. Dindirilənlər sırasında həm keçmiş kadrlar, həm də hazırda fəaliyyət göstərən yüksək vəzifəli zabitlər var. Ordudakı qalmaqallı korrupsiya işi üzrə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın da ifadəsi alınıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam