Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rafiq Əliyev Çexiyada məskunlaşıb

 

1f

 

     Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin qardaşı, “Azpetrol” şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyev ölkəni tərk edib

    "Xeberinfo.com": Axar.az mötəbər qaynaqdan verilən məlumata görə, sabiq nazirin qardaşı həbsdən çıxandan bir müddət sonra Azərbaycandan gedib. Mənbənin sözlərinə görə, R.Əliyev Çexiyada məskunlaşıb və bu ölkədə biznes fəaliyyətini davam etdirir.

Xəbərə görə, keçmiş nazirin qardaşı Çexiyada həm öz biznesini, həm də Fərhad Əliyevin işini idarə edir: “Əliyev qardaşlarının həbsdən əvvəl Çexiyada biznesi olub. Fərhad Əliyev bu ölkəyə gedib-gəlsə də, qardaşı Rafiq Əliyev Çexiyada yaşayır”.

Qeyd edək ki, 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Fərhad və Rafiq Əliyevlər sonradan iqtisadi cinayətlərdə də təqsirli bilinmişdilər. Məhkəmə əmlakları müsadirə olunmaqla Fərhad Əliyevi 10 il, Rafiq Əliyevi isə 9 il azadlıqdan məhrum etmişdi. Onlar Prezidentin sərəncamı ilə əfv olunublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam