Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Boeing” ABŞ-a “F-18“ qırıcıları verəcək

“Boeing” ABŞ-a “F-18“ qırıcıları verəcək
"Boeing" şirkəti ABŞ hərbi hava qüvvələrini 18 ədəd "F-18" qırıcı təyyarələri ilə təmin etmək üçün keçirilən müsabiqənin qalibi olub. 

Yenixeber.org: Bu barədə Pentaqonun yaydığı press-relizdə bildirilib.
“15 ədəd F/A-18E qırıcı-bombardmançıları və 3 ədəd F/A-18 qırıcı təyyarələrinin alınması üçün "Boeing" şirkətinə 862 milyon 249 min dollar pul təqdim olunur” – deyə məlumatda qeyd olunub.

Qırıcı təyyarələrin hazırlanması üzrə işlərin 2020-ci ildə yekunlaşacağı və ABŞ hərbi havaqüvvələrinə təhvil veriləcəyi planlaşdırılır.

Qeyd edək ki, "Boeing" aviasiya, kosmik, hərbi təyyarə və texnikalar istehsal edən dünya miqyaslı iri korporasiyadır. Lockheed Martin və Raytheon şirkətlərilə yanaşı, "Boeing" ABŞsilahlı qüvvələrini hərbi texnika ilə təmin edən üç əsas şirkətdən biridir. Bu şirkətlər silah istehsalı sifarişi üzrə müqavilələrin məhz onlarla bağlanması üçün ABŞ Konqressində lobbiçiliyə yüz milyonlarla dollar pul xərcləyir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam