Redaktor seçimi
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Türkəçarə ilə müalicə, yoxsa travmadan travmaya-
Pediatr icra başçısı, MTN məhbusu olan müavin: İradə – Fuad cütlüyünün Abşeron əməlləri-
Günün xəbəri

İş adamları Bakı Baş Gömrük İdarəsinə çağırıldılar

 İyunun 9-u saat 14:00-da Bakı Baş Gömrük İdarəsində xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçiriləcək

Yenixeber.org: Dövlət Gömrük Komitəsi iş adamlarına müraciət edərək, onları həmin toplantıya çağırıb.
Bakı Baş Gömrük İdarəsi rəhbərliyinin iştirakı ilə təşkil olunacaq görüşdə gömrük sistemində həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması tədbirləri barədə məlumat veriləcək, eyni zamanda, iş adamlarını maraqlandıran məsələlər müzakirə olunacaq.
Komitə görüşdə iştirak etmək istəyən xarici iqtisadi fəaliyyət iştirakçılarından – iş adamlarından Bakı Baş Gömrük İdarəsinə müraciət edərək qeydiyyatdan keçmələrini istəyib.
Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsi iş adamlarının indiyədək narazılıq etdiyi qurumdan biri olub. İdarənin eks-rəisi Vüsal Novruxov bu yaxınlarda Dövlət Gömrük Komitəsi rəhbərliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?