Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçildi-SİYAHI

Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında yeni vitse-prezidentlər seçilib.
Yenixeber.org: Akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva, İradə Hüseynova AMEA-nın vitse-prezidenti seçilib. AMEA-nın müxbir üzvü Bilal Bilalov isə akademiyanın vitse-prezidenti vəzifəsinin icraçısı seçilib.

Qeyd edək ki İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev seçkiyə qədər həmin vəzifələri icra edirdilər. Nərgiz Paşayeva, İradə Hüseynova isə bu vəzifədə yenidir.

N.Paşayeva akademiyada təhsil, İ.Hüseynova isə biologiya məsələrinə baxacaq. Vitse-prezidentlər bu vəzifəyə 5 il müddətinə seçilirlər.

N.Paşayeva, Bilal Bilalov və İ.Hüseynova həm də Rəyasət Heyətinin üzvləri seçiliblər. İclasda akademiyanın bölmələrinin akademik katibləri də seçilib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qurumun akademik katibi seçilib. Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi Dilqəm Tağıyev, Ictimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi Teymur Kərimli olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam