Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

NATO yeni komandanlıqlar yaradır-ABŞ və Almaniyada

NATO ABŞ və Almaniyada yeni komandanlıqlar yaradır
NATO ABŞ-da yeni dəniz komandanlığı, Almaniyada isə yeni loqistika komandanlığı yerləşdirəcək.

Yenixeber.org: Bu barədə alyansın baş katibi Yens Stoltenberq 7 iyunda keçiriləcək NATO ölkələri müdafiə nazirlərinin görüşü ilə əlaqədar mətbuat konfransında bəyan edib.
Stoltenberq bildirib ki, NATO öz komandanlıqlarını genişləndirir. Həmçinin, 2020-ci ildən etibarən NATO daimi hazırlıq rejimində 30 batalyon, 30 hərbi gəmi və 30 aviasiya bölməsi saxlayacaq.

Bununla belə alyansın baş katibi vurğulayıb ki, Rusiyanı təcrid etmək yox, dialoqu davam etdirmək fikrindədirlər: “Xatırlatmaq vacibdir ki, NATO Rusiyaya münasibətdə qarşısını alma və siyasi dialoqun ehtiva olunduğu ikili yanaşmaya sadiqdir. Bizim Rusiyanı təcrid etmək məqsədimiz yoxdur, çünki o, bizim qonşumuzdur. Hələ ötən həftə bizim səfirlər səviyyəsində birgə iclasımız keçirildi və Ukrayna məsələsi, hərbi şəffaflıq məsələlərini müzakirə etdik. Düşünürəm ki, bu dialoqu davam etdirmək vacibdir.”

Qeyd edək ki, ötən ayın sonunda Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, NATO-nun Baltikyanı ölkələr və Polşadakı aktivliyi Moskvanı narahat edir və NATO qüvvələrinin Rusiya sərhədlərinə yaxın yerləşdirilməsi pozucu addımdır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam