Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

MDB ölkələri hərbi təyinatlı peyk rabitəsi haqqında saziş imzalayıb

 

Rusiya Federasiyasının Tıva Respublikasının Qızıl şəhərində bu gün keçirilən Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının (MDB MNŞ) iclası zamanı hərbi təyinatlı peyk rabitəsi sistemlərinin istifadəsi haqqında hökumətlərarası sazişlər imzalanıb


Yenixeber.org: Bu barədə  RİA "Novosti"yə istinadən xəbər verilir.
İclasın yekununda yayılmış məlumatda deyilir: "MDB dövlətləri Silahlı Qüvvələrinin döyüş imkanlarının artırılması məqsədi ilə hərbi təyinatlı peyk rabitəsi sistemlərinin istifadəsi və onların daha da təkmilləşdirilməsi haqqında hökumətlərarası sazişlər imzalanıb. Eyni zamanda, geoməkan informasiyalarının mübadiləsi sahəsində əməkdaşlıqla bağlı saziş imzalanıb".
Bildirilir ki, müdafiə nazirləri hərbi təyinatlı birgə sistemlərin fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində MDB Hava Hücumundan Müdafiə Birgə Sisteminin (HHM BS), Birgə Rabitə Sistemi (BRS), Vahid dövlət radiolokasiya təyinatı sisteminin, Silahlı Qüvvələr aviasiyasının uçuş təhlükəsizliyi sisteminin və digər sistemlərin daha da inkişaf etdirilməsi təkliflərini nəzərdən keçiriblər.
Qeyd edək ki, iclasda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iştirak edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam