Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sarkisyan parlamentdə üstünlüyü itirdi -Paşinyanın yolu açıldı

Sarkisyan parlamentdə üstünlüyü itirdi - Paşinyanın yolu açıldı
Ermənistanın keçmiş hakim partiyası - Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar partiyası bu gün parlamentdəki mütləq çoxluğundan rəsmən məhrum olub.

Yenixeber.org “RİA Novosti”yə istinadən xəbər verir ki, deputat Samvel Aleksanyanın partiyanın fraksiyasını tərk etdiyini bildirməsilə, Respublikaçılar parlamentdə həlledici çoxluğunu itirib.
Aleksanyandan əvvəl isə partiya sıralarını iri sahibkarlar - Arman Saakyan, ArtakSarkisyan, Artur Gevorqyan, Feliks Çolakyan və Şirak Torosyan tərk ediblər. Beləliklə, əvvəllər parlamentdəki 105 deputat mandatından 58-nə sahib olan Respublikaçıların əlində indi 52 yer qalıb. Bu isə 50 faizdən də azdır.

Erməni ekspertlərin fikrincə, bununla da baş nazir Nikol Paşinyan növbədənkənar parlament seçkilərinədək yeni qanunların qəbulunda elə də çətinliklə üzləşməyəcək. Respublikaçıların sırasının bundan sonra da boşalacağı gözlənilir. Çünki partiyanı tərk edənlər əsasən biznesmenlərdir ki, onlar işlərinin getməsi üçün yeni hökumətlə qarşıdurma yaşamaq istəmirlər.



Xatırladaq ki, Respublikaçıların son iclasında Serj Sarkisyan partiyadan çıxmaq istəyənlər üçün qapının açıq olduğunu demişdi. Lakin biznesmenlərdən fərqli olaraq, partiyanı tərk etməyən istəyən siyasət adamlarının qarşısında şərt qoymuşdu ki, çıxsalar deputatlıq mandatından da birdəfəlik imtina etməlidirlər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam