Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bir gündə 150-yə yaxın sürücü məsuliyyətə cəlb edilib -

 Bakıda son 1 gündə 150-yə yaxın sürücü məsuliyyətə cəlb edilib

Yenixeber.org: Səbəb həmin sürücülərin avtomobilini vaxtında texniki baxışdan keçirməməsidir
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, ötən gün Bakıda yol polisi təyin edilmiş müddətdə texniki baxışdan keçməyən 150-yə yaxın avtomobil sürücüsünü aşkar edib.
Vaqif Əsədov onu da bildirdi ki, inzibati məsuliyyətə cəlb edilənlər arasında 30-dan artıq avtobus, 25-dək yük avtomobilinin sürücüsü var. Ötən ildən texniki baxışdan keçməyən 19 sürücü də inzibati məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, ilin əvvəlindən mayın 1-dək MDB istehsallı avtomobillər, mayın 1-dən noyabrın 1-dək isə digər xarici ölkə istehsalı olan avtomobillər texniki baxışdan keçməlidir. Qeyd edək ki, istehsal ilindən 5 il ötməmiş avtomobillərin texniki baxışdan keçirilməsinə lüzum yoxdur. İstehsal ilindən 5 ildən 10 ilə qədər olan avtomobillər 2 ildən bir texniki baxışdan keçirilməlidir. Yük və avtobus tipli avtomobillər üçün isə bu qayda tətbiq olunmur. Onlar hər il texniki baxışdan keçirilməlidir.
Xatırladaq ki, texniki baxışdan təyin edilmiş müddət ərzində keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.
Vaqif Əsədov onu da bildirdi ki, texniki baxışdan keçməməyə görə cərimələnən sürücülər texniki baxışa getməzdən əvvəl təyin edilən cərimə məbləğinin ödənilməsini də təmin etməlidirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam