Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“ABŞ uşaq hüquqlarını pozur” -BMT Ali Komissarlığı

“ABŞ uşaq hüquqlarını pozur” - BMT Ali Komissarlığı
BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığı (İHAK) ABŞ-ı ailələrin şəxsi həyatına qanunsuz müdaxilə və ölkənin cənubunda uşaq hüquqularını ciddi və kobud şəkildə pozmaqda ittiham edib. 

Yenixeber.org: Bu barədə BMT Komissralığın mətbuat katibi Ravin Şamdasani bu gün keçirdiyi brifinqdə bəyan edib.
O bildirib ki, ABŞ ölkənin cənub sərhədlərinə yaxın əyalətlərdə “sıfır tolerantlıq siyasəti” həyata keçirir. Belə ki, ABŞ ərazisinə qanunsuz olaraq keçməyə çalışan miqrantlar məhkəmə təqiblərinə məruz qalırlar ki, nəticədə onların azyaşlı uşaqları əllərindən məcburi şəkildə alınır.

“Ailələrin bölünməsi məhkəmədən kənar və ailə həyatına qanunsuz müdaxilə kimi qiymətləndirilir. Belə hal uşaq hüquqlarının ciddi şəkildə pozulmasıdır. Qorxutma və daşındırıcı vasitə kimi miqrantların həbsi və onların ailə üzvlərinin ayrı salınması insan hüququları sahəsindəki bütün prinsip və normalara ziddir. Uşaqların maraqları həmişə birinci yerdə olmalıdır – həm miqrasiyanın tənzimlənməsi, həm də digər inzibati tədbirlərdə. Bu mənada, ABŞ-da miqrant uşaqlarına effektiv qulluq və onların qorunması əvəzinə, miqrasiya sahəsində nəzarətin ön planda dayanması böyük narahatlıq doğurur”,– deyə BMT-nin rəsmisi vurğulayıb.

O, həmçinin bildirib ki, ABŞ miqrant siyasətini bilərəkdən kriminallaşdırmamalı, bu sahədə alternativ tədbirlərdən istifadə etməlidir.

Ravin Şamdasaninin sözlərinə görə, ABŞ dünyada yeganə ölkədir ki, indiyədək BMT-nin uşaq hüquqları üzrə Konvensiyasını təsdiqləməyib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının rəsmisi Vaşinqtonu təcili surətdə uşaq hüquqlarına riayət etməyə çağırıb.

Qeyd edək ki, BMT-nin statistikasına əsasən, 2017-ci ilin oktyabrından etibarən ABŞ-ın cənubunda yüzlərlə uşaq məcburi şəkildə öz doğma ailələrindən ayrı salınıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam