Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bolqarıstan Azərbaycana yeni səfir təyin edib

 

 Xarici işlər naziri Elmar MəmmədyarovBolqarıstanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovu qəbul edib


Yenixeber.org: Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Etibarnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edən səfir Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə Azərbaycan və Bolqarıstan arasındakı ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Xarici işlər naziri Elmar Məmmədyarov səfir Nikolay Yankova diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın strateji tərəfdaşlıq müstəvisində inkişafından və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə edilib. Əsası qoyulmuş Cənub Qaz dəhlizi və onun tərkib hissəsi olan TANAP və TAP layihələrinin iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradacağına əminlik qeyd olunub.
E.Məmmədyarov Bolqarıstanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dair davamlı mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə ikitərəfli gündəliyə aid məsələlərə dair geniş fikir mübadiləsi aparılıb

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam