Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Novruz Məmmədov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru ilə görüşüb

 

Baş nazir Novruz Məmmədov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüşüb


Yenixeber.org:  Görüşdə Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Baş nazir deyib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı çox mühüm məsələlərlə məşğul olan bir qurumdur. Əqli mülkiyyət insanın ən böyük sərvətidir. Əsas məsələ əqli mülkiyyətdən səmərəli istifadə etməkdir. Bəşəriyyətin əqli mülkiyyətsiz gələcəyi yoxdur. “Siz dünyanın mühüm elm ocaqlarının, təşkilatlarının mükafatlarına layiq görülmüsünüz. Mən çox şadam ki, bu cür məşhur elm ocaqları arasında Azərbaycanın da ali təhsil müəssisəsi var”, - deyə baş nazir qeyd edib.
N.Məmmədov vurğulayıb ki, Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında sıx əlaqələr var. Bir sıra sənədlər imzalanıb. Azərbaycanda əqli mülkiyyət haqqında qanunvericilik bazası təşkilatın dəstəyi ilə hazırlanıb. Bu, çox perspektivli sahədir və Azərbaycan bu sahəyə öz töhfəsini verir. Dövlətimizin başçısı İlham Əliyev bu sahəyə böyük diqqət göstərir. Bu diqqətin bariz nümunəsi kimi yeni yaradılan Əqli Mülkiyyət Agentliyini göstərmək olar.
Baş direktor Frensis Qarri rəhbərlik etdiyi təşkilata Azərbaycan Hökuməti tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. O qeyd edib ki, o, Prezident İlham Əliyev tərəfindən bu sahəyə diqqətin şəxsən şahidi olub.
Frensis Qarri Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. O, əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam