Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmişin oğluna cinayət işi açılıb

 

“Yüksəliş – C” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və hüquqşünasına cinayət işi açılıb


Yenixeber.org:  Kooperativin direktoru Samir Alışov və sonuncunun səlahiyyətli nümayəndəsi, hüquqşünas Habil Fətəliyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 322.1-ci (özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda maddəsi ilə ittiham elan edilib.
İttihama görə, “Yüksəliş – C” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Xətai rayonu M.Hadi küçəsində 2337-ci məhəllədə inşa olunan 1 girişli 20 mərtəbəli binadan “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və pul vəsaitlərinin ödənilməsinə dair maliyyə arayışlarına əsasən mənzillər satılıb.
Bundan sonra Samir Alışov satılmış mənzilləri 2015-ci ilin dekabrından başlayaraq, başqa-başqa adamlara satmağa başlayıb.
Bununla əlaqədar o, cəmiyyətin direktoru vəzifəsində işləyərkən hüquqşünas və səlahiyyətli nümayəndəsi Habil Fətəliyev və digər şəxslərlə cinayət əlaqəsinə girib.
Onlar təkrar satışlar üzrə mənzillərin guya alıcılara qanuni olaraq verilməsi haqqında yalan məlumatlar daxil edildiyi müqavilə və maliyyə arayışları təqdim ediblər.
Qeyd olunan binadan 1 otaqlı mənzil Seyfulla Vəliyevə satıldığı halda, təkrar Cəlal İbadova 72 min manata satıb.
Onlar iş üzrə satılmış mənzilləri 8 nəfərə yenidən sataraq, 4432000 manat özgə əmlakını ələ keçiriblər.
Qeyd edək ki, Samir Alışov “Yeni Yasamal” və Badu-Kübə” Mənzil Tikinti kooperativlərinin təsisçisi və rəhbəri Cahangir Alışovun oğludur. Cahangir Alışov ötən ilin dekabrında həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cahangir Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam