Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Metro işçiləri kütləvi tətilə başlayıb-Tbilisidə

Tbilisidə metro işçiləri kütləvi tətilə başlayıb
Tbilisidə maşinistlərin tətil keçirməsi səbəbindən şəhər metrosunun işi dayanıb. Metro işçiləri əmək haqqlarının artırılmasını tələb edirlər.
Yenixeber.org:Bu barədə Gürcüstanın Birinci telekanalı məlumat yayıb.

Metronun girişində iri plakat yerləşdirilib və əhalidən xahiş olunur ki, metro işləmədiyindən avtobuslardan istifadə etsinlər. Həmçinin qeyd olunub ki, metroda çalışan maşınistlər tezliklə aclıq aksiyasına başlayacaqlar. Lakin bundan əvvəl metro işçilərinin tətil keçirməsinə qəzəblənən Tbilisi şəhər meri Kaxa Kaladzebildirmişdi ki, onlar kifayət qədər yüksək maaş alırlar.

Tbilisi metropolitenində təqribən 240 maşınist işləyir və onların hamısı maaşlarının saatda 7 laridən 10 lariyə qaldırlmasını tələb edirlər.

Qeyd edək ki, artıq 4 gündür Tbilisidə kütləvi etiraz aksiyaları keçirilir. Güc strukturlarının müdaxiləsi nəticəsində aksiya iştirakçılari ilə toqquşmalar yaşanıb. Nəticədə polis bir neçə nümayişçini saxlayıb. Aksiyalara səbəbsə qətlə yetirilmiş iki yeniyetmənin işi üzrə istintaqın qeyri-obyektiv aparılmasıdır. Etirazçıların fikrincə, ölkədə prokurorluq və məhkəmə orqanları korrupsiyalaşıb. Bunun günahkarı isə indiki hakimiyyətdir. Odur ki, aksiya iştirakçıları baş nazir Georgi Kvirikaşvilinin istefasını və hakimiyyətin dəyişməsini tələb edirlər.

Qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Xortava küçəsində 51 nömrəli məktəbin iki şagirdi aldıqları bıçaq yarasından dünyalarını dəyişib. Məhkəmə şagirdləri qətlə yetirən iki nəfərdən birini azadlığa buraxıb, digərinin cinayət işində maddələri dəyişərək ona yüngül cəza verib. Ölən şagirdlərin valideynləri bunda prokurorluq orqanlarını günahkar sayaraq aksiyaya başlayıblar. Baş prokuror ittihamlara və aksiya iştirakçılarının tələbinə uyğun olaraq istefa verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam