Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Tbilisidə yenidən etiraz aksiyası keçirildi -(Yenilənib)

Tbilisidə yenidən etiraz aksiyası keçirildi - (Yenilənib)
Dünən Tbilisidə parlament binasının qarşısında keçirilən etiraz aksiyası başa çatıb.

Yenixeber.org: Bir qədər əvvəl etirazçıların bağladığı Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub. Aksiyaların sabah davam etdiriləcəyi bildirilib.
***


Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyaları davam edir.

Etirazçılar Rustaveli prospektini bağlayıblar.

Yolu açmağa çalışan polis əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşmalar olub. Nəticədə polis bir neçə nümayişçini saxlayıb.



Qeyd edək ki, artıq 4 gündür davam edən aksiyalara səbəb qətlə yetirilmiş iki yeniyetmənin işi üzrə istintaqın qeyri-obyektiv aparılmasıdır. Aksiya iştirakçılarının fikrincə, ölkədə prokurorluq və məhkəmə orqanları korrupsiyalaşıb. Bunun günahkarı isə indiki hakimiyyətdir.

Xatırladaq ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Xortava küçəsində 51 nömrəli məktəbin iki şagirdi aldıqları bıçaq yarasından dünyalarını dəyişib. Məhkəmə şagirdləri qətlə yetirən iki nəfərdən birini azadlığa buraxıb, digərinin cinayət işində maddələri dəyişərək ona yüngül cəza verib. Ölən şagirdlərin valideynləri bunda prokurorluq orqanlarını günahkar sayaraq aksiyaya başlayıblar. Baş prokuror ittihamlara və aksiya iştirakçılarının tələbinə uyğun olaraq istefa verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam