Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bakının baş planının hazırlanması davam etdiriləcək

 

 2011-2016-cı illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Böyük Bakının Regional İnkişaf Planı” və onun əsasında “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı”nın layihəsi hazırlanıb

 
Yenixeber.org:  Bu barədə Komitənin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” paytaxtın Baş Planı kimi təqdim edilsə də, onun aidiyyəti üzrə razılaşdırılması tamamlanmayıb, sənədi Nazirlər Kabineti təsdiq etməyib.
Baş Planın əsas şəhərsalma sənədi olduğunu və paytaxtın sistemli və davamlı inkişafı üçün strateji əhəmiyyət daşıdığını nəzərə alaraq, Komitə başlanılmış işlərin sona çatdırılmasına xüsusi önəm verir. Baş Planın hazırlanması istiqamətində bu günədək görülmüş işlər dərindən araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək.
Bu qiymətləndirmə başa çatdıqdan sonra Baş Planın hazırlanması işləri davam etdiriləcək, həmin sənədin şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və aparıcı dünya təcrübəsinə uyğunluğu təmin ediləcək. Bu prosesə yerli mütəxəssislərlə yanaşı nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır.
Baş Planın hazırlanması işi tam həcmdə yekunlaşdıqdan sonra, sənəd aidiyyəti təşkilatlarla razılaşdırılacaq və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam