Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

DİM işçi axtarır

Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edib

Yenixeber.org: DİM-dən verilən məlumata görə, işə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyalarına test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, tərtibinin təşkili, test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası, ekspertizasının təşkili, yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi, qiymətləndirilməsinin təşkili daxildir.
Mütəxəssislər aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:
- Azərbaycan dili;
- rus dili;
- riyaziyyat;
- fizika;
- tarix;
- kimya;
- biologiya;
- coğrafiya;
- informatika;
- xarici dil (ingilis, rus, alman, fransız).
Azərbaycan dilini mükəmməl bilməlidir;
Yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır;
Microsoft Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı, riyaziyyat, fizika, tarix, kimya, biologiya, coğrafiya, informatika ixtisaslı mütəxəssislər rus dilini yaxşı bilməlidir;
Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə və ixtisası üzrə rus dilinə tərcümə etməyi bacaranlara üstünlük verilir. İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Maraqlanan şəxslər CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2018-ci il iyun ayının 30-dək o.ismayilov@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərə bilərlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam