Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi Tbilisidə qeyd olunub

 Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi Gürcüstan paytaxtında qeyd olunub

Yenixeber.org: Azərbaycanın Gürcüstandakı səfirliyinin AXC-nin Tbilisidə ilk dəfə elan olunduğu tarixi binada təşkil etdiyi yubiley tədbirində Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, dovlət və hökumət üzvləri, parlamentin deputatları, diplomatik korpusun əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatları, habelə bu ölkədəki Azərbaycan şirkətlərinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək, AXC-nin yaranması, 1918-ci il mayın 28-də bu tarixi binada qəbul olunmuş qərarların əhəmiyyətindən danişıb. Diplomat qısa dövrdə AXC-nin qəbul etdiyi tarixi qərarlar, yaratdığı beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. Sovet hakimiyyətinin qurulması ilə AXC-nin süquta uğradığını vurğulayan diplomat xalqımızın müstəqillik arzusunun heç zaman yenilmədiyini, 1992-ci ildə müstəqilliyinə yenidən qovuşduğunu, ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində bu müstəqilliyin möhkəmləndiyini diqqətə çatdırıb.
Sonra Gürcüstanın baş naziri Georgi Kvirikaşvili çıxış edərək, Azərbaycan dövlətini və xalqını bayram munasibətilə təbrik edib. Baş nazir Azərbaycan-Gürcüstan münasibətlərindən danişıb.
Çıxışlarda Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən geniş bəhs olunub, münasibətlərimizin strateji tərədaşlıq səviyyəsinə yüksəlməsi məmnunluqla vurğulanıb.
Sonra Azərbaycanın ilk müstəqillik bəyannaməsi oxunub

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam