Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Dövlət Komitəsinin sədri İstanbulda fəaliyyət göstərən diaspora təşkilatlarının təmsilçiləri ilə görüşüb

  

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbulda fəaliyyət göstərən diaspora təşkilatlarının təmsilçiləri ilə görüşüb

Yenixeber.org:  Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə keçirilən görüşdə baş konsul Məsim Hacıyev də iştirak edib. 

Komitə sədri görüşdə iştirak edən dərnək rəhbəri, QHT təmsilçiləri, Türkiyədə aktiv fəaliyyət göstərən həmvətənlərimiz, tələbələr, elm adamları, professorlar, sənətçilər, rəssamlar, iş adamları ilə fəaliyyət sahələrini və onları narahat edən məsələləri müzakirə edib.

F.Muradov çıxışında Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının aktivliyinin zəruriliyinə diqqət çəkib. O, bu işdə Diasporla İş üzrə Dövlət Komitəsinin lazımi dəstəyi verməyə hazır olduğunu deyib. 

Komitə sədri xüsusilə təhsil və elm sahəsində çalışan həmvətənlərimizin işbirliyinin əhəmiyyətli olduğunu, qardaş ölkə ilə bütün sahələrdə sıx əməkdaşlıq qurulması üçün diaspora təşkilatlarının fəaliyyətini genişləndirməsinin vacib olduğunu diqqətə çatdırıb.

F.Muradov Azərbaycanı qardaş ölkədə yüksək səviyyədə təmsil edən həmvətənlərimizlə qürur duyduğunu deyib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam