Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ukrayna telekanalı Dağlıq Qarabağdakı həyat barədə reportaj hazırladı

 Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bu gün inkişaf etmiş infrastrukturu, müasir yolları, beynəlxalq əlaqələri olmayan və sakinləri üçün heç bir perspektiv vəd etməyən bir əraziyə çevrilib

Yenixeber.org: Bu barədə "112 Ukraina" telekanalında yer alan süjetdə deyilir.
Qeyd olunur ki, Dağlıq Qarabağda yaşayan ermənilər Ermənistandan başqa ölkələrə gedə bilmir, yerli uşaqlar isə beynəlxalq tədris proqramlarından məhrumdur.
Reportajda deyilir: "Dağlıq Qarabağın şəhərlərindən birində - Şuşada hələ də 1994-cü ilin silahlı münaqişəsindən xatırlatmalar qalıb: hər yerdə mərmilər tərəfindən dağılmış evlər görünür. Dağlıq Qarabağda həmçinin ticarət və təhsilin inkişafı üçün imkanlar azdır".
Tanınmama statusu ilə əlaqədar olaraq yerli idman da, xüsusilə futbol çətinliklər yaşayır:
"Yerli futbol komandası beynəlxalq oyunlar keçirmək və rəsmi turnirlərdə iştirak etmək imkanından məhrumdur. Dəfələrlə edilən müraciətlərə baxmayaraq Qarabağa beynəlxalq futbol təşkilatlarında üzvlük hüququ verilməyib".
Süjetdə vurğulanır ki, burada futbolçular elə bir stadionda məşq edir ki, oraya asfalt yol yoxdur, tamaşaçılar üçün oturacaqlar paslanıb, idmançılar isə köhnə avtomobillərdə stadiona gəlir və aşağı əmək haqqından şikayətlənir. Eyni zamanda onlar əlavə işdə işləməlidirlər, çünki futbolçu maaşı ilə yaşamaq mümkün deyil

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam