Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

ABŞ Türkiyəyə silah satışını dayandıra bilər

ABŞ Türkiyəyə silah satışını dayandıra bilər
ABŞ Konqresinin nümayəndələr palatası 2019-cu maliyyə ili üçün Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) büdcə qanun layihəsini təsdiq edib.
Yenixeber.org: Qanun layihəsinə əsasən, Pentaqon Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz.

Eyni zamanda, qanun layihəsi qüvvəyə mindikdən sonra, 60 gün ərzində ABŞmüdafiə naziri dövlət katibi ilə birlikdə Türkiyə-ABŞ münasibətlərinin statusuna dair Konqresin müvafiq komitələrinə hesabat göndərməlidir. Və həmin hesabatda Türkiyə hökuməti tərəfindən Rusiyadan "S-400" sistemlərinin mümkün alışı və bunun Vaşinqtonla Ankaranın ikitərəfli münasibətlərinə, həmçinin, "CH-47 Chinook" ağır nəqliyyat helikopterləri, beşinci nəsil "F-35" qırıcıları, "F-16" qırıcı təyyarələri və "Patriot" zeni-raket komplekslərindən birgə istifadəyə necə təsir edəcəyi mütləq qiymətləndirilməlidir.

Qeyd edək ki, Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" komplekslərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam