Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Putin Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib

Putin Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib
Rusiya Prezidenti Vladimir Putin hökumətin Baş nazir Dmitri Medvedev tərəfindən təqdim olunan yeni tərkibini təsdiqləyib.
Yenixeber.org: Yeni kabinetdə birinci vitse-premyer - maliyyə naziri vəzifəsi yaradılıb, Təhsil və Elm Nazirliyi Maarif Nazirliyi və Elm və Ali Təhsil Nazirliyi kimi iki quruma bölünüb, Rabitə Nazirliyinin adı dəyişilərək Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi adlandırılıb.

Birinci vitse-premyer vəzifəsi Anton Silunova həvalə edilib. Baş nazirin digər müavinləri Tatyana Qolikova, Aleksey Qordeyev, Dmitri Kozak, Vitali Mutko, Yuri Borisov, Olqa Qolodets, Maksim Akimov, Yuliya Trutnyova və Konstantin Çuyçenko təyin ediliblər.

Xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev, mədəniyyət naziri Vladimir Medinski, ədliyyə naziri Aleksandr Konovalov, səhiyyə naziri Veronika Skvortsova, müdafiə naziri Sergey Şoyqu, sənaye və ticarət naziri Denis Manturov, idman naziri Pavel Kolobkov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, əmək və əhalinin sosial müdafiəsi naziri Maksim Topilin, energetika naziri Aleksandr Novak vəzifələrində qalıblar.

Bir neçə nazirliyə yeni rəhbərlər təyin edilib. Yevgeni Ziniçev fövqəladə hallar naziri, Dmitri Patruşev kənd təsərrüfatı naziri, Vladimir Yakuşev tikinti və mənzil-kommunal təsərrüfatı naziri, Dmitri Kobılkin təbii ehtiyatlar və ekologiya naziri, Yevgeni Ditrix nəqliyyat naziri, Aleksandr Kozlov Uzaq Şərqin inkişafı naziri təyin olunub. Maarif Nazirliyinə Olqa Vasilyeva, Elm və Ali Təhsil Nazirliyinə Mixail Kotyukov, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinə Konstantin Noskov rəhbərlik edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam