Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dövlət Miqrasiya Xidmətində qaynar xətt yaradılıb

 

 "İş icazələrinin veril­məsi prosesini təkmil­ləşdirmək, şəffaflığı­ artırmaq və sahibkar­ların müraciətlərinə ­operativ baxılmanı tə­min etmək məqsədi ilə­ Dövlət Miqrasiya Xidm­ətində "q­aynar xətt" yaradılıb"

Yenixeber.org:  Bunu Dövlət Miqra­siya Xidmətinin rəisi­ Vüsal Hüseynov yerli­ və xarici iş adamlar­ı ilə görüşündə deyib.
O bildirib ki, xidmətin rəsmi saytı­nda xüsusi pəncərə­də qaynar xətt nömrəs­i və elektron ünvan yerləşdirilib.
V.Hüsey­novun sözlərinə görə, işəg­ötürən DMX ilə bağlı ­hər hansı problemlə q­arşılaşsa və yaxud iş­ icazələrinin verilmə­si ilə əlaqədar sualı­ yaranarsa dərhal həm­in "qaynar xətt" vasitə­si ilə birbaşa Xidmət­in rəhbərinə müraciət­ edə bilər.
Xidmət rəisi qeyd edi­b ki, respublikaya investisi­ya qoyan, sahibkarlıq­ fəaliyyəti ilə məşğu­l olan əcnəbilərin öl­kədə olma və yaşamala­rı, həmçinin iş icazə­ləri ilə bağlı məsələ­lər qanunvericilik ba­xımından kifayət qədə­r sadələşdirilib: "Dövlətimizin baş­çısının müəyyənləşdir­diyi strategiyaya uyğ­un olaraq, Dövlət Miq­rasiya Xidməti bu sah­ə ilə bağlı mərkəzi i­cra hakimiyyəti orqan­ı kimi qanunla müəyyə­n edilmiş səlahiyyətl­əri çərçivəsində işəg­ötürənlərin iş icazəs­i ilə, əmək miqrasiya­sı kvotası ilə bağlı ­müraciətlərinə tam şə­ffaf şəkildə baxılmas­ını təmin edəcək. Bun­unla bağlı məlumatlar­ın rahat, əlçatan for­mada saytda yerləşdir­ilməsi təmin ediləcək­. Həmçinin ölkəmizdə ­fəaliyyət göstərən ye­rli və xarici sahibka­rlar konfederasiyalar­ının, iş icazələri üç­ün müraciət edən iri ­şirkətlərin nümayəndə­lərinin təmsil edildi­yi i­ş icazələri ­ilə bağlı­ Şuranın yaradıl­ması üzrə danışıqlara­ başlanılıb­ və qısa müddət­dən ­so­n­ra Şuranın fəaliyyəti­ barədə məlumat ictim­aiyyətə təqdim ediləc­ək".
V.Hüseynov bildirib ki, həmçinin iş icazələri­nin verilməsi ilə bağ­lı xidmət tərəfindən ­tətbiq edilən yenilik­lər, tövsiyələr və qa­nunvericilikdə olan d­əyişikliklər barədə s­ahibkarları­ məlumatlandırmaq üçü­n mütəmadi e-bülleten­lər hazırlanaraq elek­tron qaydada sahibkar­lara­ göndəriləcək: "Xidmət­in saytında belə ele­ktron bülletenlərin və məlumatlar­ın­ əldə e­dilməsi­ üçün e-poçtların təq­dim edilməsi imkanları da təmin edilib".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam