Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlığa dair memorandum imzalanacaq

 Sabah Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) arasında əməkdaşlıq istiqamətləri, ikitərəfli əlaqələrin perspektivlərinin müəyyən edilməsi ilə bağlı tədbir keçiriləcək
 
Yenixeber.org: Tədbirdə ƏMDK-nın sədri Kərəm Həsənov və DŞAK-ın sədri Samir Nuriyev iki qurum arasında birgə əməkdaşlığa dair memorandum imzalayacaq.
Memorandumun əsas hədəfi daşınmaz əmlakın kadastrı, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması, o cümlədən birgə layihələrin həyata keçirilməsi, bu sahədə innovasiyaların tətbiqidir.
Tədbir çərçivəsində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki mühüm layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu Sistemi, yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sistemi, o cümlədən müvafiq proqram təminatları və bu sahədə tətbiq olunan innovasiyalar canlı şəkildə nümayiş ediləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam