Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycanın test konteyner qatarı “Cənub-Qərb” dəhlizi ilə Avropadan İrana çatdı

 
"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti "ADY Container" İsveçrənin "Hupac Intermodal" şirkəti ilə birgə "Cənub-Qərb" beynəlxalq nəqliyyat marşrutu ilə Avropadan İrana konteynerlərin sınaq daşınmasını həyata keçirib

Yenixeber.org: Bu barədə  "ADY Container" şirkətindəki mənbə məlumat verib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, konteyner qatarı Azərbaycan ərazisindən keçməklə Polşanın Slavkov şəhərindən İrana yola salınıb:
"Qatar uğurla İranın Astara şəhərinə çatıb və artıq əks istiqamətdə yola düşüb". Mənbə qeyd edib ki, konteyner qatarı Polşa ərazisində 399 kilometr, Ukrayna ərazisində 965 kilometr, Qara dənizdə 1040 kilometr, Gürcüstan ərazisində 396 kilometr, Azərbaycan və İran ərazisində 596 kilometr yol qət edib:
"Ümumilikdə qatar 9 sutka ərzində 3396 kilometr yol qət edib. Konteynerlər GPS sistemi ilə təchiz olunub ki, bu da onların yeri barədə məlumat əldə etməyə imkan verir. "ADY Container" sınaq yürüşünü "Cənub-Qərb" marşrutunda texnologiyaların yoxlanılması və qatarın hərəkət müddətinin təyin olunması üçün həyata keçirib".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam