Redaktor seçimi
Cəlilabad Məhkəməsindən analoqsuz şikayət-
Baba Rzayevin “Azərişıq”dakı “silinməz izləri”-
Saleh Məmmədovun qudası nə vaxtdan yol tikinti mütəxəssisi olub?-
Baş memarı qurban verən icra başçısının 35 minlik bazarlığı - Bir Gülməmmədova dosyesi...-
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində nə baş verir? –
DSX-nın keçmiş rəis müavini Sücəddin Abdullayevin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib oldu -
Fuad Muradovun ikillik rəhbərliyi diaspor fəaliyyətində çöküş yaratdı-
Gömrük generalı İsmayıl Hüseynov casusların himayəçisidir? – 
Günün xəbəri

Ukraynada ulu öndər Heydər Əliyevin aforizmlərdən ibarət yaddaş kitabçasının təqdimatı keçirilib

 

Ukrayna Regionlararası Heyətin İdarə Olunması Akademiyasında ümummilli lider Heydər Əliyevin Ukrayna dilinə tərcümə olunmuş aforizmlərindən ibarət “Deyilən söz yadigardır” yaddaş kitabçasının təqdimat mərasimi keçirilib
Yenixeber.org: Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, əvvəlcə Ukraynanın elm və mədəniyyət xadimləri, Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, gənclər və tələbələr Kiyev şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Sosial Elmlər İnstitutunun qarşısına gələrək, dahi öndərin büstü önünə tər çiçəklər qoyublar. Sonra Ukrayna Regionlararası Heyətin İdarə Olunması Akademiyasında Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə dərc olunan, Ulu Öndərin kəlamlarını özündə əks etdirən “Deyilən söz yadigardır” yaddaş kitabçası Ukraynanın elmi ictimaiyyətinə və tələbələrə təqdim olunub.
Ulu öndərin dünyanın siyasi arenasında bəşəri təfəkkür sahibi kimi şöhrət qazandığını deyən Regionlararası Heyətin İdarə Olunması Akademiyasının rektoru Mikola Kurko dahi Heydər Əliyevin vaxtilə söylədiyi kəlamların tarixin yaddaşına dahiyanə deyilmiş müdriklik təcəssümü kimi daxil olduğunu vurğulayıb. Rektor bildirib ki, Heydər Əliyev tarixə bir çox sahələrlə yanaşı, həm də son dərəcə dahiyanə deyilmiş müdrik kəlamların müəllifi kimi düşüb. “Azərbaycan bu gün Heydər Əliyevin vaxtilə dediyi kimi, dünyanın ən parlayan ölkələrindən birinə çevrilib. Mən çox şadam ki, rəhbərlik etdiyim akademiyada Heydər Əliyev kimi dahi bir şəxsiyyətin adına İnstitut fəaliyyət göstərir”, - deyə rektor əlavə edib.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışıb. Onun dövlət idarəçilik strategiyasında multikulturalizmin, dini tolerantlığın, xalqlar dostluğunun prioritet təşkil etdiyini bildirən səfir Heydər Əliyevin vaxtilə dediyi müdrik kəlamların Ukrayna dilində dərc olunmasını indiki və gələcək nəsillər üçün ən dəyərli töhfə kimi qiymətləndirib.
Tədbirdə çıxış edən siyasi elmlər doktoru Nikolay Qolovatıy Heydər Əliyevi XX və XXI əsrin siyasi arenasında fenomenal yaddaşı, dəmir iradəsi, müdrikliyi və uzaqgörənliyi ilə böyük şöhrət qazanmış dahi şəxsiyyət olduğunu vurğulayıb.
Poltava Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov dünya azərbaycanlılarının vahid dövlətçilik məfkurəsi ətrafında birləşməsində Ulu Öndərin tarixi xidmətlərindən bəhs edib.
Tədbirdə akademiyanın müəllimləri və tələbələri çıxış edərək Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin vacibliyini vurğulayıblar. Azərbaycan və Ukrayna televiziyalarının birgə istehsalı olan “Heydər Əliyev iki əsrin fenomeni” sənədli filmi nümayiş etdirilib.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}