Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ermənilər ABŞ-dan 140 milyon dollar qoparmaq istəyir

Ermənilər ABŞ-dan 140 milyon dollar qoparmaq istəyir
Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən dərhal sonra Amerikada fəaliyyət göstərən ən böyük erməni diaspor təşkilatı “Amerika Erməni Milli Komitəsi” (AEMK) ABŞ dövlət katibi Mayk Pompeonu Konqresin Ermənistana 140 milyon dollarlıq qrant ayırması üçün dəstək verməyə çağırıb.
Yenixeber.org: Ermənistan KİV-ləri xəbər verir ki, qrant ermənilərin “Minilliyin çağırışları” korporasiyasına ayrılacaq və guya Ermənistandakı dinc konstitusion keçidin uğurla başa çatması və elmin inkişafına xərclənəcək.

AEMK-nin sədri Raffi Hamparyanın Mayk Pompeoya ünvanlanan məktubunda xüsusilə qeyd olunur ki, Ermənistanın bundan sonrakı demokratik inkişafında mərkəzi rol oynayacaq “Minilliyin çağırışları” korporasiyasının fəaliyyəti dəstəklənməlidir və indi hərəkətə keçməyin əsl vaxtıdır.

Göründüyü kimi, işğalçı ölkənin lobbi və diaspor təşkilatları Paşinyanın baş nazir seçilməsi və Ermənistanda “demokratik” dəyişikliklər adı altında ianə toplamağın yeni mərhələsinə start veriblər.

Bir çox ekspertlərin fikrincə, Nikol Paşinyanın başlatdığı məxməri inqilabın “qələbəsi” həm də xaricdəki erməni diaspor təşkilatlarının həlledici dəstəyi sayəsində mümkün olub. Səbəbsə, onların Serj Sərkisyanla ölkəyə gələn pulları bölüşdürə bilməmələridir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam