Yenixeber.org bakupost-a istinadən xəbər verir ki, A.Şərifovun qardaşı oğlu yol qəzası nəticəsində həyatını itirib. 
Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Belə ki, mayın 2-də, saat 13:00 radələrində Zahid Şərifov idarə etdiyi "Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna çırpıb.
Nəticədə Z.Şərifov və avtomobildəki Elçin Tağıyev hadisə yerindəcə ölüb, digər iki sərnişin isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.