Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

FİFA prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

 

 

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

 

Yenixeber.org: Təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti kimi öz adımdan və bütün futbol ictimaiyyəti adından təbrik edirəm.

İnanıram ki, son illərdə Azərbaycanın sabitliyinə və iqtisadi inkişafına verdiyiniz mühüm töhfələr, idarəçilik qabiliyyətiniz və yüksək insani keyfiyyətləriniz Azərbaycan Respublikasının Prezidenti kimi qarşınızda duran vəzifələrin həllində Sizə kömək edəcək və ölkənizin sabit inkişafına müsbət təsir göstərməkdə davam edəcək.

Fürsətdən istifadə edərək, həmçinin ölkənizdə futbolun geniş yayılmasını təmin etmək, eləcə də futbolun müxtəlif mədəni və ictimai maneələrin aradan qaldırılmasında əhəmiyyətini nümayiş etdirmək və bu idman növünü hamı üçün əlçatan etmək istiqamətindəki səylərinizə və dəstəyinizə görə Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm.

Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Ən qısa zamanda yenidən görüşüb Sizi şəxsən təbrik etməyi arzulayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam