Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qida Təhlükəsizliyi Agentliyinin sədri laboratoriyanın şəraiti ilə tanış olub

 

 

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli İstehlak Mallarının Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən Qida və Qeyri-Ərzaq Mallarının Mərkəzi Sınaq Laboratoriyasına baxış keçirib, laboratoriyanın işçi heyəti və mövcud vəziyyətlə tanış olub

 

Yenixeber.org: AQTA-nın Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin sədrinə laboratoriyanın fəaliyyət sahələri barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin 2018-ci il 26 yanvar tarixli sərəncamına əsasən, İstehlak Mallarının Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən Qida və Qeyri-Ərzaq Mallarının Mərkəzi Sınaq Laboratoriyası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.

“Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik meyarları üzrə ekspertizasının keçirilməsi, həmin ekspertizanın nəticələrinə uyğun olaraq onlara təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması fəaliyyətini həyata keçirən, habelə Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən vahid səlahiyyətli orqanı müəyyən olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam