Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

KOMSOMOLÇU MÜƏLLİM İNDİ OLİQARX OLUB

 

922538_446773

 

 

 

Gənclər və idman nazirinin böyük biznesi və gizli siyasi hədəfləri

Dünən – oktyabrın 8-də Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov yubileyini – 50 yaşını qeyd etdi. Bu münasibətlə prezident İlham Əliyev onu Olimpiya Ordeni ilə təltif etdi. Yubiley yaşı insan üçün həm də bur növ hesabat xarakteri daşıdığından, biz də hörmətli nazirimizin fəaliyyətinə qısa nəzər salmağı qərara aldıq.
Öncə qeyd edək ki, 50 yaşını qeyd edən Azad Rəhimov həm öz yaşı, həm də vəzifə yaşı etibarı ilə ölkənin ən gənc nazirlərindən biridir. 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olan Rəhimovu, bəlkə də buna görə gənclər və idman naziri təyin ediblər…

Komsomoldan biznesə, biznesdən vəzifəyə

azad-rehimovİxtisasca ingilis dili müəllimi olan Azad Rəhimov Azərbaycan Dillər Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə 1984 -cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsində başlayıb. Ümumiyyətlə, bir çox nazirlər kimi onun da karyerasında komsomolun böyük rolu olub. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub. 1987-1989-cu illərdə Azərbaycan Komsomol Təşkilatının Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. Onun 1994-cü ilə qədər fəaliyyəti haqda rəsmi məlumat olmasa da, bu dövrdə şəxsi biznesini yaratdığı, bir neçə şirkət, iri ticarət şəbəkəsi qurduğu bəllidir. Bunlardan yalnız ikisi barədə onun tərcümeyi-halında məlumat verilir. Belə ki, Azad Rəhimovun 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək isə “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işlədiyi göstərilir.
2006-cı ilin 7 fevral tarixindən nazir kreslosunda əyləşən Rəhimovun fəaliyyyəti haqda geniş danışmaq mümkün deyil. Çünki ortada böyük bir iş yoxdur.
Düzdür, bəzi nailiyyətlər var. Azərbaycan idmançıları beynəlxalq yarışlarda, son Olimpiadada uğurlu çıxışlar ediblər. Amma Rəhimovun nazir olarkən verdiyi vədlərlə müqayisədə, gördüyü işlər xeyli azdır.

Verdiyi vədləri reallaşdıra bilmədi

0hgAzad Rəhimovun gənclər və idman naziri təyin ediləndən sonra başçılıq etdiyi quruma yeni ruh gətirəcəyi gözlənilirdi. Hətta o, nazir kürsüsünə əyləşən kimi gənclərin diqqətini çəkən bir çox vədlər də verdi. Gənclər şəhərciyi salacaqlarını, idmanda böyük uğurlar əldə edəcəklərini bəyan elədi. Gənclər təşkilatlarının fəaliyyətini gücləndirmək üçün onlara qrantlar verəcəklərini də dedi. Amma ötən müddət ərzində nazir tərəfindən verilən vədlər reallaşmadı.
Bəzi idman növlərindəki uğurları isə Azad Rəhimovun adına yazmaq yanlışlıq olardı. Məsələ ondadır ki, Azərbaycandakı bir çox nazirlər və imkanlı iş adamları idmana maliyyə yardımı göstərir. Müəyyən sahələrdə idmançıların uğurlu çıxışları da məhz bu sahəyə pul yatıran konkret nazirin və ya iş adamının dəstəyilə bağlıdır.
Burda Azad Rəhimovun rolundan danışmaq yersiz olardı. Əksinə, Azad Rəhimov idmana maddi dəstək verən şəxslərin fəaliyyətini koordinasiya etməyi bacarmayıb. Digər tərəfdən, A.Rəhimovun özündənrazı davranışı bəzi iş adamlarını və vəzifə sahiblərini narazı salıb. Onlar Rəhimovla işləmək istəməyiblər. Bu şəxslərin yuxarı dairələrə şikayətlərindən sonra bəzi idman federasiyaları tam müstəqilləşib.

Azad Rəhimovun “gülənçilərdən” ibarət «siyasi komanda»sı

0111111111111Bundan əlavə Azad Rəhimov siyasi baxışlarına görə gəncləri müxtəlif qruplara bölərək, özünə yaxın şəxsləri irəli çəkməklə nazirliyin gənclər siyasətini uğursuzluğa məhkum edib. Düzdür, nazir təyin olunduqdan sonra bir dəfə Azad Rəhimov müxalifət partiyalarının gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb. Ancaq nə burda qaldırılan problemlər həllini tapıb, nə də nazirliyin nəzdində müstəqil mövqeli gənclərin də qatılacağı İctimai Şuranın fəaliyyətini bərpa edəcəyilə bağlı vədini yerinə yetirib. Siyasi mənsubiyyətinə görə bəzi gənclərin ali məktəblərdə, dövlət qulluğunda müəyyən vəzifə tutmaqda ciddi problemlərlə qarşılaşması da Azad Rəhimovu heç vaxt narahat etməyib.
Əvəzində Azad Rəhimov özünə yaxın gənclərdən ibarət «siyasi komanda» yaratmaq istiqamətində xeyli səy və maliyyə sərf edib. Hətta bir ara iki gənclər təşkilatına nəzarəti həyata keçirən Gənclər və İdman nazirinin bununla siyasi fiqura çevrilmək istədiyinə dair məlumatlar yayıldı. Bu təşkilatlardan biri «İrəli» Gənclər Hərəkatı idi ki, hökumətdəki “nurçu-gülənci” təmizləməsindən sonra onun rəhbərliyində dəyişikliklər edildi.
0222Yeri gəlmişkən, Azad Rəhimovun da adı “Gülənci şəbəkə”nin üzvlərindən biri kimi hallansa da, o, bunu qəti şəkildə təkzib etdi və hətta özünü dünyadan xəbəri olmayan biri kimi göstərməkdən belə çəkinmədi:”Nurçuluq” nədir, heç mən onu bilmirəm. Onu mənə başa salsınlar, sonra danışım. Mənim bu cərəyanla əlaqəm yoxdur”…
Azad Rəhimovun “Gülənci şəbəkə” ilə bağlı olub-olmadığını bilməsək də, bir ara onun «siyasi komanda»sı kimi təqdim olunan gənclərin əksəriyyətinin “Hizmət” hərəkatına bağlılığı artıq təsdiqlənib. Hansı ki, bu gənclər yaradılması ideyası məhz Rəhimova məxsus olan «İrəli» Gənclər Hərəkatında cəmləşmişdilər. Təşkilatın rəhbərliyi də son aylara qədər məhz onların əlində idi. «İrəli»nin maliyyə xərclərinin böyük hissəsini nazirin üzərinə çəkdiyi də yayılan məlumatlar sırasında idi.

Gənclər naziri parlamentdə öz «fraksiyasını» yaratmaq niyyətindədir

4ddEyni zamanda bir neçə il əvvələ qədər Mədəniyyət və Turizm Nazirliyinin himayəsində olan Gənclərin Milli Şurasını da Rəhimovun öz çətiri altına almaq istədiyi deyilir. Qurumun rəhbəri olan deputat Fuad Muradovun başı daha çox özünə qarışdığından Azad Rəhimov vahid gənclər siysəti adı altında bu təşkilatın da onun nəzarətinə verilməsini tələb edib.
Buna imkan verilib-verilməyəcəyinii söyləmək çətin olsa da, Azad Rəhimovun bununla bir neçə məqsəd güddüyünü ehtimal etmək olar. Əvvəlagəncləri hakimiyyətin yanında tutmaq üçün ayrılan rəsmi və qeyri-rəsmi pullara nəzarəti tam ələ keçirmək.
İkincisi, gənclərdən ibarət ictimai-siyasi təşkilatları öz himayəsi altına almaqla, Azad Rəhimov bir növ öz qüdrətini artırmaq, hakimiyyətdəki mövqelərini gücləndirmək istəyir. Hətta tamamilə mümkündür ki, gələn il ciddi şəkildə gənclərin hesabına yeniləşdiriləcək parlamentdə öz «fraksiyasını» yaratmaq imkanı qazanmaq niyyətindədir.
Düzdür, «İrəli» Gənclər Hərəkatının onun nəzarətindən çıxarılması, təşkilatın “Gülənci şəbəkə”yə bağlı üzvlərinə hakimiyyətin etibarının itməsi bunu çətinləşdirib. Ancaq gənclər təşkilatlarına xeyli vəsait sərf edərək, onları təşkilatlandıran, önə çıxaran Rəhimovun da öz hədəflərindən asanlıqla imtina edəcəyini gözləmək doğru olmaz. Azad Rəhimovun Milli Məclisdə söz sahiblərindən birinə çevrilməsi həm gələcək karyerası, həm də biznesinin daha da genişləndirilməsi üçün ona əlavə imkanlar aça bilər.

Tikintidə, təmirdə “qənaət edilən” 100 milyonlar hara gedir?

0IIYeri gəlmişkən qeyd edək, böyük maliyyə imkanları, iri biznesi olduğu halda Azad Rəhimovun dövlətdə yüksək vəzifə tutmağa can atması onun karyerist biri olduğunu söyləməyə əsas verir. Hər halda onun azad iş adamı statusunu kresloya dəyişməsi bu cür düşünməyə əsas yaradır. Halbuki, həm Azad Rəhimov, həm də sabiq həmkarı Füzuli Ələkbərov nazir təyin olunarkən belə bir ehtimal irəli sürülürdü ki, böyük biznesləri olan şəxslərin hökumətdə yüksək vəzifəyə gətirilməsi onların rəhbərlik etdiyi sahələrin dirçəlməsinə, rüşvətin qarşısını almağa yönəlib. Ancaq onların ötən dövrdəki fəaliyyəti göstərdi ki, bu yanlış fikirdir.
Bu, özünü bir neçə istiqamətdə göstərir.
Birincisi, idmanın inkişafına, idman komplekslərinin yaradılmasına yönəldilən vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsində. Son 10 ildə Azərbaycanda idmanın inkişafına 2 milyard dollara yaxın vəsait ayrilsa da, onun təyinatı üzrə xərclənməsi ciddi şübhə doğurur.
22 - hovsanBunu Olimpiya İdman Komplekslərinin (OİK)  tikintisinə xərclənən vəsaitlərdə kəskin fərqlərin olması da sübüt edir. Gənclər və İdman Nazirliyinin  məlumatına əsasən, ölkədə 40-a yaxın OİK mövcuddur ki, onlardan  yarıdan çoxu Gənclər və İdman Nazirliyi tərfindən  tikilib. Dövlət büdcəsi hesabına tikilən OİK-lərə 100 milyonlarla manat vəsait xərclənib.  Təkçə Kür OİK-in tikintisinə 44, 4 milyon manat xərclənib. Digər  OİK-lərin hər birinin tikintisinə dövlət büdcəsinə orta hesabla  təxminən 10  milyon manata  başa gəlib. Ancaq tikinti mütəxəssisləri bu komplekslərin inşasının xeyli ucuz qiymətə başa gəldiyini söyləyirlər. Bu Hesablama Palatasının son hesabatında öz əəksini tapmışdı.

Eyni vəziyyət Gənclər və İdman Nazirliyi tərfindən həyata keçirilən digər layihələrdə də müşahidə olunur. Belə ki, 2011-2012–ci illərdə Prezidentin Ehtiyat Fondundan T.Bəhramov adına Respublika Stadionunun əsaslı təmirinə 2 dəfəyə 50 milyon manat vəsait ayrılıb. Ancaq üstündən heç iki il keçməyib ki, bu stadionun yenidən təmirə ehtiyacı yaranıb. Halbuki, 50 milyon manata T.Bəhrəmov adına stadiondan yenisini tikmək olardı.
Gimnastika Kompleksinin tikintisinə 56,3 mln. manat xərclənib ki, mütəxəssislər bu rəqəmin də həddən artıq şişirdildiyi qənətindədir.

Rəhimovun gözə görünməyən «idman biznesi»

8HHİkincisi, idman komplekslərindən, zallardan, idman kurslarından yığılan pullar. Belə ki, qanunla Gənclər və İdman Nazirliyinə məxsus idman komplekslərində idman kursları pulsuz olmalıdır. Hər bir yeniyetmə bu idman komplekslərində, eləcə də Olimpiya Komplekslərində pulsuz məşğələlərə qatıla bilər.
Olimpiya Komplekslərində idman növlərinin əksəriyyətilə bağlı kurslar mövcuddur. Bu kursların təşkili üçün hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır. Federasiyalar və olimpiya komplekslərində çalışan idman müəllimləri, məşqçilər isə 150-200 manat məbləğində əməkhaqqı alırlar. Ancaq araşdırmalar göstərir ki, Gənclər və İdman Nazirliyinə məxsus idman komplekslərində, o cümlədən Olimpiya Kompleksində idmanla məşğul olmaq pulludur. Hətta idman kompleksindəki duş, geyim otaqlarından istifadə də ödənişlidir. Paytaxtda və regionda hər bir idmanın öz qiyməti var. Qiymətlər eyni zamanda qrup və fərdi halda məşqlərə görə də dəyişir. Ən bahalısı isə üzgüçülük hesab edilir. Ümumiyyətlə, hansı idman növünə maraq artırsa, qiymətlər bahalaşır. Paytaxtda qiymətlər aylıq bir nəfər üçün 50-100 manat arası, regionlarda 15-50 manat arası dəyişir. Hər ay idmanın müxtəlif növlərilə 10 minlərlə gəncin məşğul olduğunu nəzərə alsaq, il ərzində burda yığılan pulların milyonlarla manatla ölçüldüyünü söyləyə bilərik. Bu pullardan Azad Rəhimovun xəbərsiz olması isə inandırıcı görünmür. Baxmayaraq ki, nazir bunu inkar edir: «İstifadəyə verilən olimpiya komplekslərinin 90-95%-i dövlətdən maliyyələşir. Deməli, gəlirdən söz gedə bilməz». Bəs onda yığılan pullar hara gedir?

Nazirliyin divarları arasında bölüşdürülən pullar

Bundan əlavə hər il büdcədən müxtəlif idman növlərinin inkişafı üçün 10 milyonlarla manat vəsait ayrılır. Ancaq o da məlumdur ki, idman federasiyaları müxtəlif məmurların rəhbərliyi altında fəaliyyət göstərdiyindən, dövlətin ayırdığı vəsaitin böyük hissəsi nazirliyin divarları arasında bölüşdürülür.
1azad topAzad Rəhimovun büdcə vəsaitini xərcləyərkən xəsislik etmədiyinə ən əyani misal isə Pekin olimpiadası öncəsi Gənclər və İdman Nazirliyinin Belçikadan 1 milyon 970 min avroya, başqa sözlə təqribən 3 milyon dollara bir at almasını göstərmək olar. Çaparımız Camal Rəhimovun olimpiadada uğurla çıxış etməsi üçün alınan at isə elə ikinci təsnifat çıxışındaca üstünə qoyulmuş qiyməti daşıya bilməyərək aşdı! Bundan sonra nazir Azad Rəhimovun ata verilən pulu şişirtdiyi, bununla da Dövlət Neft Şirkətindən xeyli əlavə pul qopardığı məsələsi gündəmə gəlmişdi.

Son vaxtlar isə Azad Rəhimov daha bir gəlirli sahədə böyük pay sahibi olub. Belə ki, Gənclər və İdman Nazirliyinin tərkibində yaradılmış “Azəridmanservis” Səhmdar Müəssisəsi vasitəsilə nazir ölkəmizdə totalizator oyunları, yəni futbol qumarından da, necə deyərlər, öz “payını” götürür.
Burdan gələn böyük pulların etibarlı əllərə toplanması üçün nazir totalizatorlara nəzarəti öz yaxın adamı Azər Məhərrəmova tapşırıb. Qeyd edək ki, bu sahədəki gəlirin 70 faizi Gənclər və İdman Nazirliyinə, 30 faizi isə AFFA-nın hesabına köçürülür.

Nazir olandan sonra biznesini daha da böyütdü

1BUTYuxarıda qeyd etdiklərimiz Azad Rəhimovun da biznesdən dövlət işinə transferində əsl məqsədinin nə olduğunu təxmini də olsa müəyyən etməyə imkan verir. Ancaq dövlətdə yüksək vəzifə tutması nazirin biznesindən imtina etməsinə səbəb olmayıb. Bir çox nazirlər kimi o da səlahiyyətlərindən istifadə edərək, biznesini daha da genişləndirib.Yuxarıda «Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin və “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin Azad Rəhimova məxsus olduğunu bildirmişdik. Qeyd edək ki, bu şirkətlər MDB məkanında tanınan iri biznes strukturlarıdır. “İtaldizayn” QTSC-nin dünyanın 100-dən artıq məşhur mebel firmasının rəsmi distribyutoru olması, fikrimizcə, onun imkanlarından xəbər verir.
Bundan əlavə, «BAKI» Ticarət Mərkəzinin də gənclər nazirinin əmlakı olduğu bildirilir.
Eyni zamanda “Alternativa-Treyding” şirkətinin Azərbaycandakı filialının, “Mbask” şığorta şirkətinin də Azad Rəhimova məxsus olması haqda tam dəqiqləşdirə bilmədiyimiz məlumatlar var.
Ancaq məşhur «Buta» Şadlıq Sarayının, eləcə də şəhərin mərkəzində zinət əşyalarının, mebellərin satışı ilə məşğul olan bir neçə elit mağazanın ona məxsus olması dəqiqdir. Hansı ki, sonuncuları və bizim bilmədiyimiz daha neçə-neçə obyekti Azad Rəhimov nazir olduqdan sonra əldə edib. Məhz yüksək dövlət postunu böyük bizneslə birləşdirməsi sayəsində Azad Rəhimov ölkənin ən varlı oliqarxlarından birinə çevrilib.

Murad Məmmədov
AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam