Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Fırıldaqçılara qarşı yeni servis

Fırıldaqçılara qarşı yeni servis

 

 

İdentifikasiya məlumatlarının idarə olunması üzrə həllər istehsalçısı - "HID Global" şirkəti kibertəhdid və fırıldaqçılığın aşkarlanması üçün yeni "HID Risk Management Solution" həllini təqdim edib

 


 
Yenixeber.org: Texnologiyanın əsasını identifikasiya və istifadə üçün süni intellekt və kompüter təlimi alqoritmləri təşkil edərək xüsusilə maliyyə təşkilatlarına qarşı yönələn kiberhücumların sayının azalmasına xidmət edir. Sistem real vaxt rejimində bankların, internet mağazaları və xidmət tədarükçülərinin "sıfır günü" zərərli proqramlarından, hesabların ələ keçirilməsindən, fişinq hücumları və botlardan mühafizəsi üçün məlumat analitikasını tətbiq edir.
 
Məlumata görə, "HID Risk Management Solution" risklərin qiymətləndirilməsinə əsaslanan üç müxtəlif tam inteqrasiya olunmuş mexanizmdən ibarətdir: təhlükənin qiymətləndirilməsi mexanizmi, davranış mexanizmi və anomaliyalar mexanizmi.
 
Üç mexanizm vasitəsilə müəyyənləşdirilən risk dərəcəsi barədə məlumat növbəti hərəkətlər haqqında daha əsaslı qərarların qəbuluna imkan verir: tranzaksiyanı təsdiq etmək, bloklamaq və ya rədd etmək. "HID Global" şirkətinin "Identity & Access Management" (IAM) həllində məlumatlar analitikası müştərilər üçün fəaliyyəti optimallaşdırır.
 
Yeni həll istifadəçi identifikatorlarının, tranzaksiyaların, qurğu və hesab məlumatlarının mühafizəsi üçün çoxfaktorlu autentifikasiyanı təmin edən "HID ActivID Authentication Platform" platformasına inteqrasiya olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam