Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Özünü "bank makleri" kimi təqdim edərək vətəndaşları aldadan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

 

 

 Bakı Apellyasiya Məhkəməsində “Muğanbank”ASC-dən vətəndaşlara kredit alacağını vəd edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Qəzənfər Qəhrəmanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb

 

Yenixeber.org: Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Q.Qəhrəmanovun apellyasiya şikayətinin dəlilləri müəyyən edilib.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.

İttiham aktına əsasən, Q.Qəhrəmanov Bakıda ayrı-ayrı vətəndaşlara "Muğanbank" ASC-dən külli miqdarda kredit alacağı vədi verib, onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, zərərçəkmişlərə 11 min manatdan çox ziyan vurmaqda təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Qəhrəmanov 7 il azadlıqdan məhrum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam