Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Rusiya sovet filmlərinə görə Azərbaycandan pul istəyir

 

66731_src

      Rusiya Dövlət Film Fondu keçmiş SSRİ ölkələrindən 50 min sovet filminin rəqəmsala çevrilməsini maliyyələşdirməyə yardım göstərməyi xahiş edib. 

       "Xeberinfo.com": Virtualaz.org saytı “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, rəsmi Moskva bunun əvəzində keçmiş sovet ölkələrinə həmin filmlərin ilk surətini verəcək. Bu barədə fondun rəhbəri Nikolay Borodaçev məlumat verib.

Qəzet yazır ki, N.Borodaçev arxivdəki filmlərin rəqəmsala çevrilməsi üçün bundan əvvəl Rusiya hökumətindən 5-6 milyard rubl istəyib. Lakin Rusiya Mədəniyyət Nazirliyi N.Borodaçevin istədiyi pulun çox bir az qismini verə bilib. Nazirlik 3 il ərzində Rusiya Dövlət Film Fonduna cəmisi 2 milyard rubl ayırıb.
Nikolay Borodaçev deyib ki, federal büdcədən ayrılan pullar Ermənistan, Azərbaycan, Belarus, Latviya və digər sovet ölkələrinin kinostudiyalarında istehsal olunmuş filmlərin rəqəmsala çevrilməsi prosesinə çatmaya bilər: “Bu problemi aradan qaldırmaq üçün Rusiya Dövlət Film Fondu qalan 50 min filmi rəqəmsala çevirmək üçün əlavə vəsait mənbəyi axtarır. Fond bütün keçmiş SSRİ ölkələrinin kinostudiyalarında istehsal olunan filmlərin maliyyələşdirilməsi üçün yaxın vaxtlarda öz təklifini göndərəcək”.

Qəzet xatırladır ki, bir filmin rəqəmsala çevrilməsi üçün təxminən 400 min rubl tələb olunur. Həmin məbləğ dəyişə də bilər. Bu isə filmin çəkildiyi lentin keyfiyyətindən asılıdır. Xəbərdə deyilir ki, Ukrayna və Litva artıq öz filmlərinin surətini almaq istəklərini bildiriblər. Qeyd edək ki, Ukrayna öz filmlərinin rəqəmsala çevrilməsi üçün tələb olunan pulu Rusiya Dövlət Film Fonduna hissə-hissə ödəyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam