Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Serj Sarqsyan Ermənistanın baş naziri olub

 

 

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan ölkənin baş naziri olub

 

Yenixeber.org: Aprelin 17-də parlamentdə hökumət başçısı seçkisi keçirilib.

S.Sarqsyan bu vəzifəyə yeganə namizəd olub və seçki alternativsiz şəraitdə baş tutub. Onun namizədliyini parlamentdə 58 deputatı olan Respublikaçılar Partiyası və qanunverici orqanda 7 deputatla təmsil olunan Daşnaksütyun Partiyasından ibarət koalisiya irəli sürüb.

Parlamentdə 9 deputatla təmsil olunan və Nikol Paşinyanın başçılıq etdiyi “Çıxış” müxalifət bloku isə baş nazir seçkilərini boykot edib və səsverməyə qatılmayıblar. Qanunverici orqanda müzakirə və səsvermə keçirilərkən müxalif deputatlar öz tərəfdarları ilə birlikdə Yerevanda S.Sarqsyanın baş nazir olmasına qarşı etiraz aksiyası keçiriblər. Amma müxalifətin mövqeyi nəzərə alınmayıb.

Parlamentin 105 deputatından əksəriyyətinin dəstəyini alan S.Sarqsyan baş nazir olub. Səsvermədə 93 deputat iştirak edib. Onlardan 76-sı Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam