Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ATƏT DTİHB-in eksperti qurumun saxtakarlığını ifşa etdi

 

ATƏT DTİHB-in eksperti qurumun saxtakarlığını ifşa etdi
"Mən Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının bütün görüşlərində olmuşam. Missiyanın bütün üzvləri seçki prosesini müşahidə edərkən bir fikirdə idilər. Lakin ATƏT DTİHB-nin seçkilərə dair hesabatında müşahidələrimizlə bağlı rəylərdən tamamilə fərqli fikirlər yer aldı"
Yenixeber.org: Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bu səbəbdən müşahidə missiyasının ötən gün seçkilərlə bağlı verdiyi rəyə jurnalistlər etiraz etməkdə tam haqlı idilər.

“Bu etirazdan sonra missiyanın məsələyə obyektiv qiymət verəcəyini gözləyirdim, amma bunun əksinə oldu. Məsələyə qeyri-obyektiv qiymət verildiyi üçün mən etiraz olaraq missiyadan istefa verib çıxdım”.

Rusiyadakı seçki prosesində iştirak etdiyini bildirən Vüqar Əhmədov qeyd edib ki, qurumun siyasi şöbəsinin verdiyi hesabat kənarda qaldı, onlar isə özləri ilə hazır gətirdikləri hesabatı yaydılar. Bu da onların qərəzli mövqeyini açıq şəkildə ortaya qoyur. Buna görə də bildirməliyəm ki, ATƏT DTİHB-nin aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam