Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ali Məhkəmə “Piter Elçin”in qardaşını öldürən şəxs barəsində qərarını açıqlayıb

 

 

Ali Məhkəmədə kriminal aləmdə “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsində olan məhkəmə qərarından verilən prokurorun protesti üzrə məhkəmə iclası başa çatıb

 

Yenixeber.org: Hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun verdiyi protest təmin edilib. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, ittiham aktına əsasən, 26 sentyabr 2012-ci il tarixdə Rusiya paytaxtı Moskva şəhərində M.Quluzadənin əmisi oğlu Amil Quliyev öldürülüb. M.Quluzadə əmisi oğlunun ölümündə Lənkəran rayonunun Boladi kənd sakini, 1979-cu il təvəllüdlü Fariz İsmayilovun iştirakı olduğunu güman edib və qisas məqsədilə onu qəsdən öldürmək qərarına gəlib.

F.İsmayılovu izləyən M.Quluzadə onun mağazaya girdiyini görəndən sonra maşınını idarə edən qohumu Xəyal Quluzadəni oradan uzaqlaşdırmaq bəhanəsi ilə mağazaya göndərib. Özü isə avtomaşında gözləyib. O, F.İsmayilov mağazadan çıxaraq maşınına əyləşəndə ona silahla basqın edib, tapança-pulemyotdan fasiləsiz olaraq 24 atəş açıb. F.İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən M.Quluzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə M.Quluzadə 14 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verərək, cəzanın ağırlaşdırılmasını istəyib. Həmçinin Murad Quluzadə də cəzasının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti verib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan prokuror Ali Məhkəməyə kassasiya protesti ilə müraciət edib.

Qeyd edək ki, qətlə yetirilən F.İsmayılov 4 qardaş olublar. Onların böyük qardaşı kriminal aləmdə nüfuza malik olan “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovdur. 4 qardaşdan ikisi qətlə yetirilib.

Qardaşlardan Maarif 2015-ci ilin iyununda Sankt-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan "Sofiysk" meyvə-tərəvəz bazarında güllələnərək öldürülüb. Bu hadisədən bir il keçməmiş isə F.İsmayılov güllələnib.

"Piter Elçin"dən başqa sağ qalan digər qardaş isə xəstəlikdən əziyyət çəkir və hazırda doğulduğu Lənkəran rayon Boladi kəndində yaşayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam