Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanlılar Brüsseldə həmrəylik aksiyası keçirib

 

Azərbaycanlılar Brüssel şəhərində Azərbaycanın Belçikadakı səfirliyi və Avropa Birliyindəki daimi nümayəndəliyinin binası qarşısında həmrəylik aksiyası keçiriblər

 

Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıla Konqresinin birgə təşkilatçılığı ilə baş tutub. 

Aksiya iştirakçıları Avropada yaşayan azərbaycanlıların öz tarixi vətənlərinin milli maraqlarını hər zaman müdafiə etdiklərini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi uğurlar, artan iqtisadi və hərbi gücü, yüksələn beynəlxalq nüfuzu hər bir azərbaycanlıda qürur hissi doğurur. Bildirilib ki, bu gün dünya azərbaycanlıları azərbaycançılıq ideyası ətrafında sıx birləşərək, xalqımızın və dövlətimizin mənafelərini qorumaq üçün həmrəylik nümayiş etdirir. Aksiya iştirakçıları bəzi anti-Azərbaycan qrupların ölkənin imicini ləkələməyə istiqamətlənmiş fəaliyyətini pisləyib. Bir qrup vətənpərvərlik hisslərindən məhrum şəxsin heç bir etik çərçivə gözləmədən dövlətin ünvanına söylədiyi təhqirlərin milli-mənəvi dəyərlərimizə laqeydliyin təzahürü kimi qiymətləndirən soydaşlarımız bu insanların azərbaycanlılar adından danışmaq haqqı olmadığını vurğulayıblar. Aksiyada “Hər zaman hər yerdə səninləyik Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”, “Bizim gücümüz birliyimizdədir!" kimi şüarlar səsləndirilib.

Soydaşlarımız daha sonra Azərbaycanın Belçikadakı səfirliyində yaradılmış məntəqə seçki komissiyasında olublar. Azərbaycan diasporunun üzvlərinə seçkiyə hazırlıq prosesi, seçki məntəqəsində yaradılmış şəraitlə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatlarına uyğun oçaraq, seçki məntəqəsində seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam