Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bələdiyyələrin statusunda dəyişiklik edilir

 

    Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin statusunda və fəaliyyətlərində dəyişiklik müzakirəyə çıxarılıb. 

   "Xeberinfo.com": Məlumata görə, iclasda komitə sədri Arif Rəhimzadə layihə barədə məlumat verərək bildirib ki, bununla bağlı “Bələdiyyələrin statusu haqqında” qanuna 22-1 və 22-2 maddələri əlavə edilir.

     Layihəyə əsasən, yeni 22-1-ci (Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması) maddəsində göstərilir ki, bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması onların “Bələdiyyə üzvünün statusu haqqında” qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasından ibarətdir. Bələdiyyə üzvlərinin səlahiyyətləri məhkəmənin qərarı ilə dayandırılır.

     Maddədə o da deyilir ki, bələdiyyə üzvlərinin səlahiyyətləri bu qanunun 22-ci maddəsinin 5-ci, 6-cı bəndlərində nəzərdə tutulmuş əsaslarla bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəmədə icraata başlandığı tarixdən aşağıdakı müddətə dayandırılır:

- bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra bələdiyyə tərəfindən bu qanunun 23-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyə tərəfindən qərar qəbul edilənədək;

- iş üzrə məhkəmə icraatına xitam verilməsi barədə məhkəmənin qərarı qüvvəyə minənədək.

    Layihədə nəzərdə tutulan daha bir yeni 22-2-ci (Bələdiyyələrin vaxtından əvvəl buraxılması) maddəsində göstərilir ki, Milli Məclis ona bu qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqda və bununla əlaqədar bələdiyyənin hesabatının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri – qənaətbəxş hesab etdikdə Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir.

    Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam