Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Prokuror Xudatda tanışını öldürən şəxsə 18 il həbs cəzası istəyib

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bəxtiyar Çobanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb

 

Yenixeber.org: Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Dövlət ittihamçısı çıxışında B.Çobanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə Xudat şəhərində baş verib. 1964-cü il təvəllüdlü B.Çobanov tanışı, 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahuddin oğlunu qətlə yetirib.

Məlumata görə, həmin şəxslər yeyib-içdikdən sonra mübahisə ediblər. Bu zaman B.Çobanov H.Babayevə bıçaqla zərbə endirib.

B.Çobanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam