Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Abdin Fərzəliyev Viktor Quminski ilə görüşdü

 

 

 

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Yenixeber.org: 22.03.2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi sədrinin birinci müavini ViktorQuminskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ölkəmizdə keçirilən seçki prosesinin müşahidəsində daim yaxından iştirak edən MDB nümayəndə heyətini salamlayan icra başçısı A.Fərzəliyev ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilə bağlı Seçki Məcəlləsinə əsasən Rayon İcra Hakimiyyətinin üzərinə düşən təşkilati vəzifələr barədə məlumat verib. İcra başçısı hər zaman olduğu kimi qarşıdan gələn Prezident seçkilərinin də vətəndaşlarımızın fəal iştirakı ilə bütün respublikada, eləcə də Nərimanov rayonunda şəffaf, demokratik və mütəşəkkil keçiriləcəyinə və ölkəmizin dinamik inkişafına yeni bir nəfəs verəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri ViktorQuminski başçılıq etdiyi nümayəndə heyətinin əsas missiyasının müvafiq qanunvericiliyə uyğun olaraq seçki kampaniyasının hazırlıq prosesinin və keçirilməsinin obyektiv qiymətləndirilməsi olduğunu qeyd edib, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar rayon ərazisindəki seçki dairələri və məntəqələrinin seçkilərə hazırlığı ilə maraqlanıb.

Sonra Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi sədrinin birinci müavini ViktorQuminskinin başçılıq etdiyi nümayəndə heyəti Nərimanov rayonunda yerləşən seçki dairələri və məntəqələrinə baş çəkərək onların seçkiyə hazırlıq vəziyyəti ilə yerində tanış olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam