Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib

 

 

Tanınmış tarixçi-etnoqraf, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü hacı Qadir Qədirzadə martın 8-də 70 yaşında vəfat edib

 

Yenixeber.org: Hacı Qadir Qədirzadə 1948-ci il may ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub. O, 1971-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirib, 1971-1975-ci illərdə Cəhri kənd məkyəbində müəllim işləyib. Tarixçi alim 1979-1986-cı illərdə AMEA-nın Regional Elm Mərkəzində (indiki Naxçıvan Bölməsi) kiçik elmi işçi, 1987-1992-ci illərdə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, 1992-2002-ci illərdə isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini idi.

"Azərbaycanlılarda müasir ailə (Naxçıvan MSSR kənd rayonlarının materialları əsasında) " mövzusunda namizədlik, "Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr (Naxçıvan materialları əsasında tarixi-etnoqrafik araşdırma)" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edən H.Q.Qədirzadə 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Onun elmi fəaliyyətində ailə-məişət məsələləri, etnik tarix, etnik-mədəni münasibətlər, etnodemoqrafik proseslər, inanclar sistemi,türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi əsas yer tuturdu. Alim 180-dən artıq elmi əsərin, o cümlədən 18 kitab, 100-ə yaxın elmi-kütləvi məqalənin müəllifi olmuş, dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda məruzələrlə çıxış edib.

H.Q.Qədirzadə zəngin elmi fəaliyyətlə yanaşı, çoxillik pedaqoji təcrübəyə də sahib idi. O, 1997-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim işləyirdi. Alim gənc kadrların hazırlanması sahəsində də hər zaman fəallıq göstərmiş, onun rəhbərliyi altında 5 fəlsəfə doktoru hazırlanıb.

AMEA-nın müxbir üzvü H.Q.Qədirzadə elmdə əldə etdiyi nailiyyətlərə görə 2009-cu ildə ölkə Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Şərəfli ömür yaşamış Hacı Qadir Qədirzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam