Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu yaş qruplarında olan qadınlar daha çox işə qəbul edilir- Nazir AÇIQLADI

Bu yaş qruplarında olan qadınlar daha çox işə qəbul edilir

 

Bir sıra yaş qrupları üzrə qadınlarla bağlanan əmək müqavilələri kişilərlə bağlanan əmək müqavilələrinə nisbətən sayca üstünlük təşkil edir. Buna misal olaraq, əmək müqavilələrinin 40-44 yaşlarında olan şəxslər üzrə 50,8 %-i, 45-49 yaşlarında olan şəxslər üzrə 54,4 %-i, 50-54 yaşlarında olan şəxslər üzrə isə 53,5 %-i qadınlarla bağlanıb

 

Yenixeber.org: Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib

 

Nazir bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 40,4 faizini və ya 1 453 898 nəfərini qadınlar təşkil edir: “2017-ci ildə Nazirliyin məşğulluq orqanları tərəfindən münasib işlə təmin edilənlərin 28 faizə qədəri (13386 nəfər), peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 51,3 faizi (1826 nəfər), Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunanların isə 36,6 faizi (128 nəfər) qadınlardan ibarət olub. Aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına imkan yaradılması üçün icra olunan özünüməşğulluq proqramı çərçivəsində ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktivlər təqdim olunmaqla ailə təsərrüfatları yaradılanların da 322 nəfərini qadınlar təşkil edib. Cari il ərzində də proqrama cəlb olunanların təqribən 30 faizdən çox hissəsinin qadınlardan ibarət olması nəzərdə tutulur”.

S.Müslümov onu da vurğulayıb ki, hazırda əmək pensiyaçılarının 57,2 faizə, sosial müavinət və təqaüd alanların 40,5 faizə qədəri, Nazirliyin xətti ilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin olunanların isə 33,6 faizi qadınlardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam